“Azərbaycanlı dövlət nümayəndələrinə qarşı çağırışlar narahatlıq yaradır”
Baxılıb: 504 Tarix: 21-08-2023 10:59
“Azərbaycanofobiya siyasətinin təzahürü olan fikirlər fasiləsiz olaraq ermənilər tərəfindən sosial şəbəkələrdə yayılmaqda və müxtəlif kanallar vasitəsilə təlqin olunmaqdadır”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.
“Yayımlanan şərhlər arasında Azərbaycanın yer üzündən silinməsi, ölkəmizə qarşı müxtəlif çirkin təxribatlara əla atılmasının labüdlüyü kimi yanaşmalar yer alır ki, bu da məhz Ermənistanda dövlət siyasətinin bir hissəsinə çevrilmiş etnik nifrət çağırışları fonunda azərbaycanlılara qarşı dözümsüzlük mühitinin formalaşdırılması ilə bağlıdır.
Xüsusilə son günlər azərbaycanlı dövlət nümayəndələrinin və diplomatların hədəfə alınmasına dair çağırışların sosial mediadakı müzakirələrdə geniş şəkildə əks olunması ciddi narahatlıq yaradır. Məlumdur ki, Ermənistan tərəfindən tarixən müxtəlif türk-azərbaycanlı diplomatlara, dövlət xadimlərinə qarşı terror siyasəti həyata keçirilmişdir. Hətta müasir dövrümüzdə də belə cinayət əməlləri qəhrəmanlıq kimi təqdim olunur, “Nemezis” terror əməliyyatı ilə eyniadlı abidə ucaldılır, müxtəlif nüfuzlu şəxslər çıxışlarında bu cür dəhşətli “ənənələrə” istinad edirlər ki, bu da həmin terroryönümlü fikirlərin əhali tərəfindən dəstəklənməsinə gətirib çıxarır”, - deyə Ombudsman vurğulayıb.
Səbinə Əliyevanın sözlərinə görə, regionda sülhün bərqərar olunması naminə Ermənistan tərəfi azərbaycanlılara qarşı nifrətin təşviqinə yol açan siyasətindən əl çəkməli, aidiyyəti beynəlxalq təşkilatlar isə insan hüquqlarının təməl prinsiplərinə
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər