Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ərdoğan-Putin görüşünün yeni tarixi açıqlandı - Yenilənib

Baxılıb: 848     Tarix: 29-08-2023 12:18   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri çərçivəsində həmkarı Vladimir Putinlə taxıl sazişinin yeni formulunu müzakirə edəcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Türkiyənin XİN rəhbəri Hakan Fidan bu yaxınlarda Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və orada Ukrayna rəhbərliyinin taxıl sazişi ilə bağlı fikrini öyrənib: “Türkiyənin təmaslardan sonra hazırladığı yeni formul Soçidə Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında keçiriləcək görüşdə müzakirə edilə bilər”.
Qeyd edək ki, Ərdoğanla Putin arasında görüşün sentyabrın 8-i Soçidə keçirilməsi planlaşdırılır.
***
“Habertürk” telekanalının məlumatına görə, Ərdoğan və Putin arasında danışıqlar sentyabrın 4-ü Soçidə keçiriləcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar