Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Baş nazir Əli Əsədov Düşənbədə tacikistanlı həmkarı ilə görüşüb

Baxılıb: 842     Tarix: 29-09-2023 13:20   

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Düşənbəyə işgüzar səfəri çərçivəsində Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda ilə görüşüb.
Əli Əsədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin Tacikistanda yüksək səviyyədə keçirilməsinə görə bu ölkənin hökumətinə təşəkkürünü bildirib.
Tərəflər yüksəksəviyyəli səfər və görüşlərin Azərbaycan ilə Tacikistan arasında dövlətlərarası əlaqələrin möhkəmlənməsində əhəmiyyətini qeyd ediblər.
Bu kontekstdə Azərbaycan Prezidentinin bu ilin aprelində Tacikistana dövlət səfərinin əhəmiyyəti qeyd olunub.
İki ölkə arasında iqtisadiyyatın konkret sahələri üzrə əməkdaşlığın hazırkı səviyyəsi və inkişaf perspektivləri nəzərdən keçirilib./Oxu.az

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar