Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Qüdrət Həsənquliyev: Qarabağı bəhanə edib, əhalidən 150 milyon kəsmək…

Baxılıb: 781     Tarix: 07-06-2024 15:23   

Qarabağdakı bərpa işlərini səbəb kimi göstərməklə sosial xərcləri azaltmaq qəbuledilməzdir. Əksinə, sosial xərcləri artırmaq, pensiyaçılara, yoxsul insanlara kömək etmək lazımdır.
Qanunvehedef.az xəbər verir ki, bu sözlər ƏHD sədri, millət vəkili Qüdrət Həsənquliyevin parlamentdə çıxış üçün hazırladığı, ancaq söz verilmədiyi üçün edə bilmədiyi çıxış mətnində əksini tapıb.
Millət vəkili mediaya təqdim etdiyi mıxış mətnində bildirir:
“Diqqət yetirin, 2023-cü ildə pensiyaçıların sayı 86.300 nəfər, 2024-cü ildə daha 18.200 nəfər azalıb. Xarici ticarət dövriyyəsi keçən illə müqayisədə 23.8%, mal ixracı 36.1% azalıb, idxal isə 3.1% artıb. ABŞ dollarına təlabat 2 dəfə artıb. Manatın 2 dəfədən artıq dəyər itirdiyi devalvasiydan sonra Prezidentin 2016-cı ildə imzaladığı iqtisadiyyatın perspektivi üzrə Strateji Yol Xəritəsinə görə 2017-ci ildə üzən məzənnəyə keçilməli, 2018-ci ilə qədər böyük ölçüdə özəlləşdirməyə gedilməli idi. Amma neftin qiyməti bir az qalxan kimi təəssüf ki, hər şey yaddan çıxdı, bu istiqamətdə real addımlar atılmadı. Xaricdən Azərbaycana göndərilən pulun həcmi də keçən illə müqayisədə 30.9%, yəni 207 milyon manat azalıb. Bu aztəminatlı əhalinin sosial vəziyyətinə mənfi təsir edən ən ciddi faktorlardan biridir. Belə bir vəziyyətdə hökumət də sosial xərcləri 150 milyon manat azaldır. Azərbaycanda əhalinin 11%, Rusiyada 30%-i pensiya alır. Belarusda əhalinin sayı bizdən az olsa da, pensiya alanların sayı bizdən iki dəfə çoxdur. Ölkədə evlənənlərin, doğulan uşaqların sayı ciddi şəkildə azalır, boşananların sayı isə xeyli artır. Bu da xeyli dərəcədə həm də sosial vəziyyətin ağırlaşdığının göstəricisidir. Əlillər, ehtiyatda olan zabitlər mənzil növbəsində gözləməməlidirlər. Hesablarına vəsait köçürülməlidir ki, özləri uyğun bildikləri yerdə ev alsınlar”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar