Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Trampdan Kamçatkadakı zəlzələyə reaksiya

Baxılıb: 605     Tarix: 30-07-2025 11:13   

Sakit Okeanda baş verən güclü zəlzələ səbəbindən Havay adalarının sakinləri üçün sunami xəbərdarlığı qüvvədədir.
Qanunvehedef.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp Alyaska və ABŞ-ın Sakit okean sahilləri üçün də sunami xəbərdarlığının qüvvədə olduğunu qeyd edib, bununla yanaşı, Yaponiyanın da təhlükə altında olduğunu vurğulayıb.
ABŞ Sunami Xəbərdarlıq Mərkəzi isə xəbərdarlıq edib ki, Sakit Okeanda baş verən güclü zəlzələ səbəbindən hündürlüyü 3 metrdən yuxarı olan sunami dalğaları hətta Cənubi Amerikaya, Ekvador və Çili sahillərinə çata bilər.
Qeyd olunub ki, Yaponiya və Havayda səlahiyyətli qurumlar insanların sahilyanı bölgələrdən yüksəklikdə yerləşən ərazilərə təcili təxliyə edilməsinin vacibliyini elan edib. Xüsusilə, 2011-ci ilin martında baş vermiş dağıdıcı sunami zamanı ciddi zədələnmiş Yaponiyanın “Fukusima” Atom Elektrik Stansiyasının şəxsi heyəti təxliyə edilib.
Qeyd edək ki, Rusiyanın Kamçatka sahillərində güclü 8,7 maqnitudalı zəlzələ baş verib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar