Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

POEZIYA

Baxılıb: 769     Tarix: 02-11-2020 15:51   
            MƏMMƏDOVA TÜRKAN
            İMAMƏLİ QIZI


  VƏTƏN ÇAĞIRIR!

Vətən bizi çağırır, gəlin artıq son qoyaq,
Həsrətlə gözləyir Qarabağ bizi.
Əli silah tutanlar qılıncla nəfəs kəsir,
Koroğlu dəlisidi bizim əsgər oğlumuz!

Hay vurub haray çəkir Koroğlu nərəsini,
Polad kimi oğullar düşmənin bağrın yarır.
Tək başına Mübariz bir ordunu məhv edib,
Adı kimi Mübariz Koroğlu nəvəsidi!

Apreldəki döyüşdə Lələ Təpəni aldiq,
Tarixin ilk günlərin Murov Dağına yazdıq.
Fizuliyə, Zəngilana sancıldı şanlı bayraq.
Cəbrayılla, Suqovşanım qollarını bizə açdı!

İndi yolunu gözlərik Şuşa kimi cənnətimin,
Bulağından su içməyə tələsirik İsanın,
Xarı bülbülünü köksümüzə basmağa,
Laləli bənövşədən çələng hörməyə gəlik!

Qubadlı - Laçınım , Xankəndi - Xocalım, siz də sevinin artıq...
O, torpaqda düşmənin ayağını kəsirik.
Iti qovan Qıratım Ağdamın səmasında,
Göylərdə şahin kimi alov yağır düşmənə!

YURDUMDA ZƏFƏR ÇALINIR!

Yurdumun taleyinə, yurdumun bəxtinə...
Qara hərflərlə yazıldı o il,
Hücuma keçdilər soyuq qış günü...
Talan etdi yağı düşmən bizim torpagı!

Qoca, cavan deməyib əsir aldılar,
Əli yalın insanlar qana boyandılar.
Aldı qara torpaq şəhidini qoynuna,
Ana tək qoynuna basdı həmin gün!

Neçə illər keçdi, neçə fəsillər...
30 il sonra zəfər çalınır.
Üç rəngli bayrağım dalğalanır torpağlarımda,
Düşmənin ümidlərin talan etdik biz!

Başına qara bağlamış gözü yaşlı anam,
Aç o örpəyi başından, sil göz yaşlarını.
Yeddi kəndini qaytardı oğulların sənə,
Qanıyla, canıyla aldı Murov dağını!
шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar