Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Qalkinə Ukrayna ilə bağlı paylaşımına görə qadağa

Baxılıb: 458     Tarix: 03-03-2022 10:38   

Rusiyalı şoumen Maksim Qalkinin çəkildiyi bank reklamı federal telekanallarının efirindən yığışdırılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə RBK banka yaxın mənbələrinə istinadən bildirib.
Buna səbəb Qalkinin Ukraynada davam edən hərbi əməliyyatlar barədə fikir bildirməsi olub.
O, fevralın 24-də etdiyi paylaşımında bunları yazmışdı: “Sübh tezdən Ukraynadan olan doğmalarım və dostlarımla əlaqədəyəm! Nə hiss etdiyimi sözlə ifadə etmək olmur. Bunu necə etmək olar! Müharibəyə heç bir halda haqq qazandırmaq olmaz! Müharibəyə yox!”
Bank məsələ ilə bağlı şərh verməkdən imtina edib, Maksim Qalkin də sözügedən qadağa ilə bağlı danışmayıb. Onun sonuncu instaqram paylaşımı fevralın 25-də olub – şoumen teleqram kanalının yaradılması barədə bildirib.
Qeyd edək ki, sözügedən reklam ötən ilin avqustunda çıxıb. Çarx həm televiziyada, həm də internetdə yayımlanırdı.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar