Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ukrayna “Avroviziya”da qalib gələ bilər

Baxılıb: 312     Tarix: 04-03-2022 11:34   

Bukmeykerlər builki “Avroviziya” beynəlxalq mahnı müsabiqəsi ilə bağlı öz proqnozlarını verib.
Qanunvehedef.az “EurovisionWorld” portalına istinadən xəbər verir ki, bukmeykerlərin proqnozlarına əsasən müsabiqədə Ukraynanı “Stefania” mahnısı ilə təmsil edəcək “Kalush Orchestra” kollektivi qalib gələcək.
Mümkün qaliblərin ilk beşliyində, həmçinin İtaliya, İsveç, Yunanıstan və Polşa yer alıblar.
Qeyd edək ki, Azərbaycanı “Avroviziya-2022”də Nadir Rüstəmli təmsil edəcək. Onun ifa edəcəyi mahnı martın ortalarında təqdim olunacaq. Məlumdur ki, Azərbaycan mayın 12-də keçiriləcək yarımfinalın birinci hissəsində çıxış edəcək.  
Hazırda Ukrayna ilə müharibə şəraitində olan Rusiya isə müsabiqədən kənarlaşdırılıb. Ölkəni “Avroviziya”da fiziki məhdudiyyətli müğənni Yaroslava Simonova təmsil edəcəkmiş.







Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar