Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

AzTV “Quruluş: Osman”ı yayımlayacaq

Baxılıb: 524     Tarix: 16-03-2022 15:09   

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC yayımlandığı gündən Türkiyə seriallarının reytinq siyahısında birinci olan daha bir tarixi serialı – “Quruluş: Osman”ı yayımlayacaq.
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən  Qanunvehedef.az-a verilən məlumata görə, “Bozdağ film”in istehsalı olan serialın yayım hüququ ilə bağlı müqavilə artıq imzalanıb.
Çəkilişləri hələ davam edən serial Azərbaycan dilinə dublyaj olunacaq. “Quruluş: Osman”ın AzTV-də sentyabr ayından yayımlanması planlaşdırılır.
“Quruluş: Osman” serialı hazırda Türkiyənin “ATV” kanalında nümayiş etdirilir və efirə verildiyi gündən reytinqdə ilk pillədə qərarlaşıb. Əksər vaxtlarda 10 və yuxarı reytinq alır.
Ssenarisi Mehmet Bozdağa aid olan serialda tanınmış aktyorlar – Burak Özçivit, Yıldız Çağrı Atiksoy və digərləri rol alıblar.
“Quruluş: Osman” serialı hazırda AzTV-də yayımlanan “Diriliş: Ərtoğrul” serialının davamıdır.
Serial Ərtoğrul qazinin oğlu, Osmanlı İmperiyasının qurucusu və ilk hökmdarı I Osmanın həyatından bəhs edir. Onun keşməkeşli həyat və döyüş yolu, imperiyanın qurulması istiqamətində fədakarlığı serialda tarixi hadisələrə əsaslanaraq bədii formada nümayiş olunur.
Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC dünyanın müxtəlif ölkələrinin media qurumları ilə əlaqələr qurmağa davam edir. Hazırda Pakistan, Serbiya, İran media qurumları ilə qarşılıqlı əməkdaşlıq üçün danışıqlar aparılır və memorandumlar imzalanır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar