Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xanımını lağa qoyan aparıcını şillələdi - Video

Baxılıb: 559     Tarix: 28-03-2022 13:09   

Xəbər verdiyimiz kimi, Los-Ancelesdə 94-cü “Oskar” kino mükafatının təqdimetmə mərasimi baş tutub.

Qanunvehedef.az xəbər verir ki, canlı yayımlanan tədbirdə gərgin anlar yaşanıb.

Buna səbəb aparıcı Kris Rokun aktyor Uill Smitin alopesiyadan (keçəlləşmə) əziyyət çəkən həyat yoldaşı Cada Pikett-Smiti “Əsgər Ceyn” adlandırması olub.

Bunu eşidən U. Smit tamaşaçı zalından səhnəyə qalxıb və aparıcıya şillə vurub. Həmin an səs itib, lakin kameralar baş verənləri lentə alıb. K. Rok baş verənləri zarafata çevirməyə çalışıb.

Bir qədər sonra “Ən yaxşı kişi rolu” mükafatını almaq üçün səhnəyə çıxan U. Smit öz hərəkətinə görə üzr istəyib və qeyd edib ki, həyatda ailəni müdafiə etmək vacibdir.

Həmin görüntüləri təqdim edirik:





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar