Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

O da karyerasını başa vurur

Baxılıb: 566     Tarix: 01-04-2022 12:35   

Amerikalı-kanadalı aktyor Cim Kerri aktyorluq karyerasını başa vurmaq qərarına gəlib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə o, “Access Hollywood” nəşrinə danışıb. 60 yaşlı aktyor təqaüdə çıxmaq və sakit həyat tərzi sürmək istədiyini deyib:
“Karyeramı davam etdirə bilərdim. Amma mənə sakit həyatım çox xoşuma gəlir. Mən kətanda rəsm çəkməyi sevirəm, öz mənəvi həyatımı sevirəm.
Ola bilsin, bunu başqa ulduzdan eşitməyəcəksiniz - hiss edirəm ki, məndən bu qədər bəsdir. Mən yetərincə iş görmüşəm”.
O əlavə edib ki, həqiqətən görkəmli layihədə rol almaq təklifi alsa, razılaşa bilər: 
“Amma əgər mələklər qızıl mürəkkəblə yazılmış hansısa ssenari gətirsə, başa düşəcəyəm ki, insanlara bunu görmək çox vacib olacaq, onda, ola bilsin, qayıdaram”.
Qeyd edək ki, aktyorun iştirak etdiyi sonuncu film “Sonic the Hedgehog 2” aprelin 8-də ekranlara çıxacaq. C. Kerri ən populyar komediya aktyorlarından biri sayılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar