Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Partlayışın səsi gözümdən və ağlımdan getməyəcək...”

Baxılıb: 276     Tarix: 04-04-2022 10:25   

“Location” klubunda yanğınla nəticələnən partlayışda xəsarət alanların arasında müğənni Nicat Məhərrəmov da olub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə o, instaqramda bildirib. Məhərrəmov hadisə nəticəsində xəstəxanalıq olduğunu qeyd edib:
“Baş verən partlayış sadəcə bir kabus idi. İnsanların çarəsizliyi, o partlayışın səsi ümumilikdə yaşanan bu faciə heç bir zaman gözümdən və ağlımdan getməyəcək. Bütün yaralı olan dostlarıma Allahdan acil şəfalar diləyirəm və məni yığıb soruşan, axtaran, arxamca xəstəxanaya qədər gəlib yanımda olan doğmalarıma, dostlarıma, əzizlərimə, hər birinizə təşəkkür edirəm. Allah sizi sevdiklərinizə bağışlasın”.  
Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 1 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar