Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Aysel "Location" klubun sahiblərini məhkəməyə verir - VİDEO

Baxılıb: 255     Tarix: 20-04-2022 15:45   

Bloger Aysel Şükürova partlayışın baş verdiyi "Location" gecə klubunun sahiblərini məhkəməyə verəcəyini açıqlayıb.
Axşam.az xəbər verir ki, o, bu haqda instaqramda canlı yayımda danışıb. Aysel bildirib ki, xəstəxana xərclərini özü ödəyib:
"Xəstəxanaya 8 mindən çox pul ödədik. Anam onlarla danışıb, amma heç kim qabağa durmadı, veclərinə də olmadı. Heç nəyi qarşılamadılar. Vəkillə danışdıq, biz də ərizə yazmışıq. Maddi bir yana, mənəvi dəyən ziyan heç vaxt unudulmayacaq. Gözümü yuman kimi partlayış, üstümdən insanların keçməsini görürəm".
Qeyd edək ki, Bakıda "Location" gecə klubunda baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş "Merser Food" MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib. Həbs edilən menecer Orxan Səfərov məkanı qardaşı Elşən Səfərovla birlikdə işlədib.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar