Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Səhnədən Səngərə: Qazilər" layihəsi barədə Məryəm Qafarzadədən AÇIQLAMA

Baxılıb: 631     Tarix: 22-04-2022 14:00   

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadə "Səhnədən Səngərə: Qazilər" layihəsi barədə danışıb.
Qanunvehedef.az-ın məlumatına görə, o bildirib ki, layihədə iştirak edən qazilər müharibədən öncə Mədəniyyət Nazirliyinin müxtəlif strukturlarında çalışıb və daha sonra 44 günlük Vətən müharibəsinə qatılıblar:
"Onlar müxtəlif bədən xəsarətlərinə görə qazi statusu alıblar. İndi isə sağlamlığını qismən bərpa edərək yenə bizlərlə çalışırlar. Rəqqaslarımız yenə rəqs edir, tarzənlərimiz tar ifa edir, bəstəkarlarımız gözəl bəstələrlə bizi sevindirirlər. Təbii ki, Mədəniyyət Nazirliyi olaraq, bu bizi çox qürurlandırır. Bir daha da onu sübut edir ki, qəhrəmanlarımız həm sənətə, həm mədəniyyətə, öz işinə, peşəsinə bağlı olan oğullardır. Biz, 12 qazimiz də daxil olmaqla, bütün igidlərimizlə qürur duyuruq.
Vətən müharibəsinin şanlı qələbəsindən sonra "Səhnədən Səngərə: Qazilər" adlı layihəni məhz onlara həsr etdik. Layihə çərçivəsində qazilərimizin hər birisinə həsr olunmuş qısa videoçarxlar hazırladıq və onları geniş ictimaiyyətə təqdim etdik.
Bizim əsas məqsədimiz zəfərimizin xatirəsini yaşatmaqdır. Bu zəfəri bizə bəxş edən qəhrəman oğullarımız haqqında məlumatı əbədiləşdirək və həm özümüz öyrənək, həm də bizdən sonra gələn nəsillər də bunu öyrənsin".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar