Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Gürcüstanın məşhur aparıcısının 2 yaşlı oğlu onuncu mərtəbədən yıxılaraq öldü

Baxılıb: 244     Tarix: 05-05-2022 09:25   

Məşhur gürcü teleaparıcı, aktyor və Gürcüstan Teatr Tənqidçiləri İttifaqının prezidenti Nikoloz Tsulukidzenin iki yaşlı oğlu yaşayış binasının onuncu mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb.
Qanunvehedef.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, faciə bir gün əvvəl Tbilisidə baş verib.
İctimai xadimlər, siyasətçilər, aktyorlar və sənətçilər sosial şəbəkədə Nikoloz Tsulukidze və ailəsinə başsağlığı verirlər. Onların bir çoxu səhifələrindəki əsas fotoları qara kvadratlara və lentə dəyişib.
Gürcüstanın Mədəniyyət Nazirliyi Tsulukidze ailəsində baş vermiş faciə ilə bağlı dərin hüznlə kədərləndiyini bildirib.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili də Tsulukidzenin iki yaşlı oğlunun faciəli ölümü ilə bağlı başsağlığı verib.
Qaribaşvili yazıb: "Belə güclü ağrıları ifadə etmək üçün sözlər acizdir. Ailənin kədərini bölüşürəm və bütün yaxınlarına başsağlığı verirəm".
Qeyd edək ki, körpə bu gün dəfn ediləcək.


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar