Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

"Gəlməyib? Canı sağ olsun! Kiçik oğlumun toyuna gələr" - Nadirdən AÇIQLAMA

Baxılıb: 266     Tarix: 10-05-2022 15:16   
 
Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə oğluna bir neçə ay əvvəl toy edib. O toyda xalq artisti Tünzalə Ağayeva iştirak etməyib. Dünən isə Nazilə Səfərlinin oğlunun toyunda Qafarzadə ilə Ağayeva səmimi görüntüləniblər. Xanım ifaçının Nadir Qafarzadənin oğlunun toyuna getmədiyi üçün müğənnilərin arasında incikliyin olduğu barədə sosial şəbəkələrdə şayiələr yayılıb.
Məsələyə aydınlıq gətirən Nadir Qafarzadə Sonxeber.az-a açıqlamasında yayılan şayiələri təkzib edib.
O, nəinki Tünzalə xanım, ümumiyyətlə, heç kimlə incikli olmadığını vurğulayıb:
"Mənim 50 yaşım var. Kimdənsə müvəqqəti inciyə bilərəm, lakin bir neçə saat keçdikdən sonra unudaram. Tünzalə xanımın gəlməməklə saymamazlıq etdiyini düşünmürəm. Incikli deyilik, hər şey yaxşıdır. Kişiyə qadından incimək yaraşmaz. Mən dolça bürcüyəm, kinli deyiləm.
Tünzalə xanıma, eləcə də digər xanımlara böyük hörmətim var və olacaq da. Gəlməyib? Canı sağ olsun! Kiçik oğlumun toyuna gələr. O, qızına toy edər, mən gedərəm. Ömür qısadır, həyat amansız və dünya fanidir".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar