Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ermənipərəst müğənninin Bakı konserti ləğv olundu

Baxılıb: 417     Tarix: 19-05-2022 15:05   

Rusiyalı müğənni Lübov Uspenskayanın oktyabrın 9-da Bakı Konqres Mərkəzində keçirilməsi gözlənilən konserti ləğv olunub.
“Sputnik Azərbaycan”ın yazdığına görə, ermənipərəst ifaçının konsertinin ləğv olunmasına səbəb Bakı sakininin Mədəniyyət Nazirliyinə müraciəti olub. Quruma müraciət edən şəxs bildirib ki, L. Uspenskaya ermənipərəst mövqeyini açıq şəkildə ifadə edir, KİV və sosial şəbəkələrdə Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlədir. Mədəniyyət Nazirliyi də artistin paylaşımları ilə tanış olduqdan sonra onun konsertini ləğv edib.
Mədəniyyət Nazirliyindən isə  bildirdilər ki, sözügedən konsert proqramının təşkilatçısı onlar deyil:
"Lübov Uspenskaya nazirliyin xətti ilə ölkəmizə gəlmir. Həmçinin konsertin keçiriləcəyi müəssisə də Mədəniyyət Nazirliyinin tabeliyində deyil”.
Konsertə bilet satışını həyata keçirən “iTicket.az” konsertin hansı səbəbdən ləğv olunduğunu açıqlamadı.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar