Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Manafdan Elzaya SƏRT CAVAB: "Danışmadığım adama niyə yardım etməliyəm ki?"

Baxılıb: 484     Tarix: 21-05-2022 16:39   

"Mən Elza Seyidcahanla danışmıram. Danışmadığım adama niyə yardım etməliyəm ki?"
Qanunvehedef.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında müğənni Manaf Ağayev Əməkdar artist Elza Seyidcahanın "Bəzi sənət adamları özlərini xeyriyyəçi kimi göstərirlər, amma elə deyil. Manaf Ağayevdən də xeyriyyəçi insanlar var" ittihamına cavabında deyib. Manaf Elza Seyidcahandan küsülü olduğu üçün ona yardım etmədiyini vurğulayıb.
"Danışsaydım, ona yardım edərdim, danışmıram onunla. Bunu bütün Azərbaycan bilir ki, onunla küsülüyəm. Kiməsə yaltaqlanmaq mənə lazım deyil".
Qeyd edək ki, əməkdar artist Elza Seyidcahan evi ilə bağlı yaranmış probleminə görə efirə çıxaraq xalqdan və dövlətdən yardım istəyib. Sənətçi öz mülkünə sahiblənmək üçün 63 min manat pulun lazım olduğunu deyib. Bu günə kimi ona həmkarlarından Rəqsanə, Damla və digərləri dəstək veriblər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar