Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Gözəl qadınlar buna görə xəyanətə uğrayır”

Baxılıb: 532     Tarix: 25-05-2022 13:41   

“Mən tez-tez xayənətlə rastlaşıram. Zəifi heç vaxt vurma. Sənin düşmənin də qarşında zəifləsə, kişilikdən deyil ki, bir şapalaq da sən ona vurasan. Taleh onu qarşında elə diz çökdürəcək ki, deyəcəksən ki, qurban olum sənin qüdrətinə, Allah!”
Qanunvehedef.az xəbər verir ki, bu sözləri bəstəkar, Əməkdar artist Gövhər Həsənzadə “Üzə düz” verilişində deyib.
O, sözlərinə belə davam edib: “Gözəl qadınlar ona görə xəyanətə uğrayır ki, qısqanılırlar. Özləri çox güvənirlər, arxayın olurlar və ya hər kəsin gözü onda olur, yanındakı insan da bunu görür. O kişi özünü təsdiqləmək üçün xəyanətə yol verir”.
Həsənzadə xəyanəti bağışlamadığını deyib: “Heç kim bağışlaya bilməz. Sadəcə məcburiyyətdən yaşayan insanlar var. Rəfiqəmi də bağışlamadım. O insanları reklam etmək istəmirəm. Onlar bu mövzu ilə tarixə yazılmasınlar. Rəfiqədirsə, xəyanət etməyəcək. Xəyanət edibsə, rəfiqə deyilmiş. Rəfiqə ruh əkizi sayılır. İnsan özünə aid olanı necə qopara bilər? Özünə necə xəyanət edə bilər? Axı bu iki nəfər bütöv sayılır. Aldandımsa sənə, məni avam bilmə. İnandımsa, bil ki, inanacağam yenə. Acizliyimə kənardan baxıb gülmə, get, dönmə geri!!! Mən özümü sənə vermişəm. Bu mənim acizliyimdir? Mən sənə güvənmişəm. Əgər sən o güvəni doğrultmursansa, bu sənin mərhəmətsizliyin və qeyri-insaniliyindir. Bu, mənim üçün eyib deyil!”шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar