Xəbər lenti
30/01/2026 [12:32]
Sabah hava necə olacaq?
29/01/2026 [15:17]
Sabah hava necə olacaq?
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

“Avroviziya” Ukraynada keçirilməlidir” - Conson

Baxılıb: 388     Tarix: 18-06-2022 17:54   

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın gələn il keçiriləcək “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi etməyə layiq olduğunu və Rusiya ilə davam edən müharibəyə baxmayaraq, bunu bacaracağına ümid etdiyini bildirib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Boris Conson Kiyevə səfəri zamanı deyib.
“Ukrayna Avroviziya mahnı müsabiqəsinin qalibi olub. Müsabiqədə ölkəmiz çox yaxşı təmsil olunub və ikinci yeri tutub. Ancaq fakt odur ki, onlar qalib gəldilər və buna layiqdirlər. Mən inanıram ki, onlar “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edə bilərlər və etməlidirlər. Hələ bir il var. Ona qədər Ukraynada sülhün bərqərar olacağına inanıram”, - deyə Baş nazir qeyd edib.
Xatırladaq ki, “Avroviziya” mahnı müsabiqəsinin təşkilatçıları müharibə səbəbindən müsabiqənin Ukraynada keçirilə bilməyəcəyi qənaətinə gəliblər. Bu səbəbdən yarışmanın ikinci yeri tutan Böyük Britaniyada keçirilməsi qərarı çıxarılıb. Rəsmi Kiyev bu qərarla razılaşmadığını bildirib və qarşı tərəfi əlavə danışıqlara çağırıb.



{sape_links}{sape_article}