Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Vətən müharibəsi haqda serial çəkilir

Baxılıb: 678     Tarix: 28-07-2022 10:36   

Azərbaycan və Türkiyə Vətən müharibəsi ilə bağlı birgə serial çəkir.
Qanunvehedef.az xəbər verir ki, bunu "Report"a açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.
O bildirib ki, Vətən müharibəsi ilə bağlı serialın çəkilişləri Türkiyənin məşhur "Bozdağ film" studiyası ilə birgə həyata keçirilir:
"Serialın ilkin olaraq səkkiz bölümdən ibarət olması nəzərdə tutulub. İşlər tamamlanmaq üzrədir. Hadisələri qabaqlamaq istəmirəm, amma onu deyim ki, birinci seriyanın bu il təqdimatı gözlənilir".
E.Əliyev qeyd edib ki, artıq ekran əsərinin işçi adı da məlumdur: "Amma serialın adını açıqlamaq hələ tezdir. Çünki dəqiq deyil. Serial Türkiyə və Azərbaycanın birgə əməkdaşlığının nəticəsidir. Ekran əsərində türkiyəli və azərbaycanlı aktyorlar rol alacaq. Çalışacağıq ki, bu, əməkdaşlığımızın simvolu olsun".
Əldə olunan məlumata görə, serialın ilk bölümü bu il noyabrın 8-də - Zəfər Günündə yayımlanacaq.
Qeyd edək ki, "Bozdağ film" studiyası Türkiyənin "Kuruluş Osman", "Destan", "Mehmetçik" və s. bir sıra məşhur seriallarının istehsalçısıdır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar