Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Vaqif Poeziya Günlərində ədəbi-musiqili tədbirlər təqdim ediləcək

Baxılıb: 639     Tarix: 11-07-2023 12:49   

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyulun 13-15-də keçiriləcək Vaqif Poeziya Günləri bu dəfə də maraqlı proqram vəd edir. 
Qanunvehedef.az xəbər verir ki, mədəniyyət paytaxtımız Şuşada bir sıra tədbirlərlə yanaşı Azərbaycan şairlərinin və türk xalqlarının müasir şairlərinin iştirakı ilə poeziya günü təşkil ediləcək.
Vaqif Poeziya Günlərinin zəngin proqramına Qədim Musiqi Alətləri Ansamblının konserti də daxildir. Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və digərləri Vaqifin şeirləri ilə yanaşı Xəqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mir Həmzə Nigari, Mir Möhsüm Nəvvab, Molla Pənah Vaqif, Nizami Gəncəvi, Şah İsmayıl Xətainin ölməz əsərlərindən parçalar ifa edəcəklər.
Vaqif Poeziya Günləri zamanı ədəbi-musiqili kompozisiya da təqdim olunacaq.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar