Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Elman Əzimova mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm.

Baxılıb: 1 818     Tarix: 11-08-2020 07:30   
     
     Peşəkarlıq həkim sənəti üçün xüsusilə vacib olan keyfiyyətdir. Peşəkarlıq isə öz işini dərindən bilib, böyük məhəbbətlə sevməkdən, həmişə yenilik axtarışında olmaqdan, biliyini zənginləşdirməkdən yaranır. Artıq neçə illərdir ki, bu yolda şərəflə addımlayan Dr. Elman Əzimov ömrünün gecəsini-gündüzünü məhz insanların sağlamlığı, şəfa tapması yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Elman həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimdən razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar.
      Redaksiyamıza daxil olan təşəkkür məktublarından bir neçəsini oxucuların diqqətinə çatdırırıq. Təqdim etdiyimiz bu təşəkkür məktubu Həkim –cərrah Elman Əzimovun böyük səyi və zəhməti ilə sağlamlığına qovuşan pasientlərindən biri Seymur müəllimin Qanunvehedef.az saytına ünvanladığı məktub əsasında tərtib edilmişdir.
    Hörmətli redaksiya heyəti sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Elman Əzimova mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm. Biz də öz növbəmizdə Səhiyyə sahəsində əzmlə çalışan, həyat və fəaliyyətini xalqın sağlamlığına həsr edən həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən Elman Əzimova həyatda can sağlığı, işdə nailiyyətlərlə dolu nurlu sabahlar arzulayaraq, deyirik:

Üz tutaraq yanına gəlir yüzlərlə insan,
Yardımınla qurtulur xəstələr ağrılardan.
Şəfa aldıqca sizdən atalar vəanalar
Sevinir, dua edir sizə əziz balalar.
Biz də kiçik şeirlə sizləri vəsf edirik

Elman həkim həyatda yüz yaşasın deyirik.

    Həkim – cərrah Elman Əzimovun xəstəliklərdən azad etdiyi xəstələr adından
      Hörmətlə: Seymur Vəliyev
                            
                                        Aynurə Məmmədliшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar