Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Abbasəli Abbasəliyev- Ömrünü Azərbaycan səhiyyəsinin inkişafına sərf edən, dərin zəkalı, çox xeyirxah həkim-kardioloq

Baxılıb: 1 699     Tarix: 14-08-2020 07:45   


-Bu yazımda ömrünü Azərbaycan səhiyyəsinin inkişafına sərf edən, dərin zəkalı, çox xeyirxah, həyatını öz xəstələrinin yolunda, onların sağalması üçün bir çıraq kimi yandıran insan, bir təbib haqqında danışmaq istəyirəm.
-Abbasəli Abbasəliyevin həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur. Onun olduqca zəngin və şaxəli həyat yolu bir çox istiqamətlərdə özünü büruzə verir. Bu həyat yoluna nəzər saldıqda bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqəti cəlb edir. Bir ata ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü. Bu keyfiyyətlər və dəyərlər məhz şəxsiyyət olaraq ziyalının ömrünə işıq saçır .
-Abbasəli Abbasəliyev Azərbaycan həkiminə məxsus olan çalarlı bir ömrünü yazılı salnamələrdə əks etdirir. Onun ömür işığında qaranlıq dünyalara şəfa verilir.
-Abbasəli Abbasəliyev ... Duyğulu, düşüncəli, fərqli bir dünyası ilə zamanla əqidəsini bir vaxtda cəmləşdirib həyat fəlsəfəsinin silinməyən izlərini özü də hiss etmədən gərgin axtarışları, zəhməti, elmi biliyi ilə bu aləmə həkk etdi. Bu ömrün yazılmış səhifələrində Abbasəli həkimin portretini sezməmək mümkün deyil. Qəlb dünyasının işığı onu nəinki Azərbaycan məkanında, hətta dünyada tanınmasına gətirib çıxardı.
Abbasəli Abbasəliyevin zəngin elmi irsi, kardiologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Abbasəli həkimi təkcə Bakıda yox, respublikada hamı savadlı, öz işinə məsuliyyətli kim kimi tanıyır. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Abbasəli həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimdən razılıqla ayrılır, ona hər
zaman dua edir, can sağlığı arzulayırlar. Mən həm bir müalicə olan xəstə həm də cəmiyyətin bir nümayəndəsi olaraq, deyə bilərəm ki, ilahi Abbasəli həkimə dünyanın ən böyük nemətini bəxş etmişdir. O nemət bu şəxsdə olan, onun ruhunda – qəlbində qərar tutan xeyirxahlıqdır. Bu insan hər bir kəsin könlündə özünə qarşı yalnız xoş hisslər yadigar edir. Mənim bir pasient kimi ona olan hörmət və məhəbbətimin hüdudu böyükdür. Həkimin qəbulunda olarkən edilən səmimi – açıq söhbətlər mənim daxilimdə yaşayacağıma bir ümid yaratdı. Həkimin mənimlə diqqət və səbirlə davranmağı xəstələrə olan qayğısından xəbər verir. Onunla söhbət zamanı əməliyyatın vacibliyini sadə dildə mənə elə izah etdi ki, daxilən əməliyyata mən hazır oldum.
-Həyatda qalacağıma inancım az olsa da, həkimlə söhbət ürəyimdəki qorxunu azaltmışdı. Abbasəli həkimin və tibbi personalın çox böyük səyi nəticəsində əməliyyat zamanı çıxan problemlərin də aradan qaldırılmasına səbəb oldu. Bu gün hal – hazırda ailəmin əhatəsindəyəm. Onların sevinc göz yaşları Abbasəli həkimin sayəsində oldu.              
                                                              -Hörmətlə; Əli Hüseynovшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar