Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dünyada koronavirusa yoluxanların sayı 307 milyonu keçib

Baxılıb: 315     Tarix: 10-01-2022 11:55   

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 307 141 630 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 488 597 nəfər təşkil edir.
Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 60 072 321 nəfərə çatıb, 837 594 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 35 707 727 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 483 936 nəfər ölüb.
Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 22 529 183 nəfər virusa yoluxub, onlardan 620 251 nəfəri ölüb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar