Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“TURKOVAC”-ın effektivliyinə dair tədqiqatın nəticələri açıqlanıb

Baxılıb: 684     Tarix: 12-01-2022 13:05   

 Türkiyənin COVID-19-a qarşı istehsal etdiyi “TURKOVAC” peyvəndinin effektivliyinə dair tədqiqatın üçüncü mərhələsi başa çatıb.
APA-nın yerli bürosunun "Hürriyət" qəzetinə istinadən verdiyi xəbərinə görə, Koronavirus Elm Qurumunun üzvü professor Minə Durusu Tanrıöver bildirib ki, “TURKOVAC” ən azı “CoronaVac” vaksini qədər təhlükəsiz və effektiv bir peyvənddir.
Bildirilib ki, ötən ilin 2 iyun-27 dekabr tarixlərində 1286 nəfərə tədqiqat peyvəndinin ən azı bir dozası vurulub. 18-55 yaş arasında olan könüllülər COVID-19-a yoluxmayıb və ya peyvənd edilməyib.
Qeyd olunub ki, “TURKOVAC”-la bərabər könüllülərin digər qollarına müqayisəli olaraq “CoronaVac” vaksini də vurulub. Hər iki peyvəndin yan təsirləri eyni olub.

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking . VBet