Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

AZƏRBAYCANDA ƏN BAHALI ƏMƏLİYYATLAR... - Siyahı, QİYMƏTLƏR

Baxılıb: 622     Tarix: 12-01-2022 13:14   

Azərbaycanda nadir və bahalı əməliyyatlardan bir çoxu icra edilir. Hazırda ölkədə icbari tibbi sığorta qüvvədədir, bir çox dövlət və özəl klinikalarda 100-dən çox əməliyyat sığorta hesabına həyata keçirilir. Bura koxlear implantından tutmuş oynaq protezlənmə əməliyyatları daxildir.

Lakin hələ ki, ölkədə ən bahalı əməliyyat - orqan köçürülməsi sığortaya daxil deyil. Eləcə də bahalı əməliyyatlar limitlə icra edilir və hər xəstənin də bundan istifadə etmək şansı olmur.
Azərbaycanda son illər bahalı əməliyyatlara tələbat artmaqdadır. Statistika göstərir ki, insanlarda həyati vacib orqanları – ürək, böyrək, qaraciyəri tez sıradan çıxmağa başlayıb.

Medicina.az hazırda Azərbaycanda qiyməti “dodaq uçurdan” bahalı əməliyyatların sihayısını hazırlayıb. Bura dəyəri 6-7 mindən yuxarı olan əməliyyatlar daxil edilib. Qiymətlərinə və əhəmiyyətinə, həcminə görə bu əməliyyatları bir neçə qrupa bölmək olar.

Orqan transplantologiyası ölkədə ən bahalı əməliyyatdır.
– Qaraciyər köçürülməsi – 35-40 min manat (donor canlıdan olur, donor xəstənin ailə üzvü, qohumundan)
- Böyrək köçürülməsi – 15-18 min manat
Onkoloji, xərçəng əməliyyatları üzrə ən bahalılar:
– beyin şişləri əməliyyatı (şişin yerləşdiyi yerdən asılı olaraq) – 10-15 min manat
- Mədəaltı vəz, öd yolları onkoloji şişlərində PDR əməliyyatı – 7-9 min manat
- Qida borusu törəmələrində - rezeksiya və süni boru yerləşdirilməsi - 7-8 min manat

Travmatoloji əməliyyatlardan
– Oynaq protezləşdirilməsi endoprotezlər qorulması - Bir oynaq 6000-7000– iki oynaq 10-12 min manat
- Onurğa fəqərələrin dağılması, qırılmasında fəqərələrin protezləşdirilməsi – hər fəqərə arası sahə üçün - 2500 manat – 4-5 fəqərə 8-10 min manat

Damar əməliyyatları - invaziv, qeyri-invaziv -
- Beyin anevrizması, damar yırtılması– 9-10 min manat
- Damar angioplastikaları – aşağı, yuxarı ətraflara stendin qoyulması – bir ayaq 3-4 min, iki ayaq 7-8 min manat
- Beyində stend yerlədirilməsi – bir stent 3-4 min manat

Ürək əməliyyatları
- Ürəkdə damarlara stend qoyulması, stend sayından asılı olaraq, bir stend 2-3min manat. Bir dəfəyə 3-4 stend qoyulduğunu nəzərə alsaq – 8-10 min manat
- Ümumilikdə açıq və ya qapalı olmasından asılı olaraq ürəkdə əməliyyatlar - 9-14 min manat
- Ürəkdə klapan, qapaq əməliyyatları, protezləşdirilmə – 7-9 min manat

DİGƏR:
Mədə kiçiltmə əməliyyatı – bariatrik cərrahiyyə – 5-6 min manat Qiymət əməliyyat zamanı istıfadə olunacaq tək istifadəlik üçün nəzərdə tutulmuş stepler, kartus və s bu kimi alətlərin sayından asılıdır.
Kök hüceyrə köçürülməsi: oynaqlara, onurğa və s. – bir oynaq 3-4 min – ikisi 6-7 min manat
Qeyd edək ki, çox zaman əməliyyatı icra edəcək həkimdən asılı olaraq qiymət dəyişir. Tanınmış, adlı-sanlı cərrahların əməliyyatı daha bahalıdır. Eləcə də klinikadan asılı olaraq qiymətlər 1-2-3 min manat ucuz və ya baha ola bilər.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar