"COVID-19", yoxsa "Omicron"? - Hansı daha TƏHLÜKƏLİDİR?
Baxılıb: 425 Tarix: 04-02-2022 12:47
Son günlər xəstəlik sayı artıb. Bir çoxları isə bunun adi qrip olduğunu hesab edirlər. Lakin yoluxma sayına nəzər yetirsək, bu, heç də adi qripə oxşamır. Yeni yayılan virus hansı ştamdır? "COVID-19" ya "Omicron" daha təhlükəlidir?
Məsələ ilə bağlı infeksionist Vüqar Cavadzadə açıqlama verib.
O bildirib ki, "COVID-19" virusunda ölümcülük xüsusiyyəti çoxdur, "Omicron"da isə ölümcülük xüsusiyyəti yoxdur:
""COVID-19" virusunda ağ ciyərlərdə buzlu şüşə daha çox əmələ gəlirsə, "Omicron" variantında 75 faiz halda buzlu şüşə əmələ gəlmir. Yəni "Omicron" yuxarı tənəffüs yollarını, "COVID-19" isə aşağı tənəffüs yollarını zədələyir.
Ümumi götürəndə, "Omicron" bir o qədər də təhlükəli deyil. Lakin vaxtında rejimə riayət etməyənlər, düzgün müalicə istiqaməti seçməyənlər, onkoloji xəstələr, immuniteti zəif olanlar, şəkərli diabet xəstəliyi olan şəxslərdə ağırlaşma ehtimalı var.
Onunla belə, "Omicron" variantında qeyd etdiyim xəstələr də hətta ev şaraitində düzgün müalicə aldıqda sağala bilərlər. Halbuki "COVID-19" və ya "Delta" variantında o xəstələri evdə saxlamaq mümkün deyildi, qısa zamanda ağırlaşırdılar.
Əhaliyə tövsiyə edərdim ki, maskadan istifadə etsinlər, qapalı məkanlara, ehtiyac yaranmadıqca, getməsinlər, temperaturu yüksək olan şəxslər özlərini təcrid etsinlər, vaxtında həkimə müraciət olunsun.
Qızdırma varsa, "mən soyuqlamışam, qrip olmuşam" kimi sözlərlə özlərini aldatmasınlar.
Statistikaya görə, virus tutanların böyük əksəriyyəti "Omicron"a yoluxanlardır. Temperaturu olan kəs özünü "Omicron" variantına yoluxmuş kimi hesab edib, həkimə müraciət etsin".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər