Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“İsrailli həkimlər dedi ki, Anar Rəhimov kimi mükəmməl göz cərrahınız var”

Baxılıb: 566     Tarix: 25-04-2022 11:05   

“İsraildən gələn həkimlər məni müayinə edib dedilər ki, dr. Anar Rəhimov gözünü mükəmməl əməliyyat edib. Əgər İsrailə gəlsəydin, biz də ancaq bu qədər əməliyyat edə bilərdik. Xoşbəxt ölkəsiniz ki, sizin Anar həkim kimi göz cərrahınız var”.
Bu fikirləri qazi Rəşad Əliyev “Vətən TV”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Vətən müharibəsində Bərdəyə raket atıldığı zaman gözündən və ayağından ağır yaralanıb: “Müharibə başlandı və biz oktyabrın 15-dək ön cəbhədə olduq. Oktyabrın 15-də korpus komandiri tərəfindən əmrimiz verildi və bizi Bərdəyə təhqiqatçı vəzifəsinə göndərdilər. Oktyabrın 27-si korpusdan çıxıb cəbhəyə yollananda “Smerç” raketi atıldı. İnsanlar yaralandı. Bir hərbçi olaraq yola davam edə bilməzdik və maşından endik. Raketin biri də məndən təxminən 5 metr aralıya düşdü. Sağ gözümdən və sol ayağımdan yaralandım”.
Rəşad Əliyevin vəziyyəti ağır olduğundan təcili Bakıya, Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilir.
- Yaralarım ağır olduğundan iynə vurub yatızdırırdılar. Bir də gözümü açdım ki, Bakıdayam, axşam idi. Göz cərrahı Anar Rəhimov gəldi, gözümü müayinə edib dedi ki, gözündə 2 qəlpə var. Əgər dəmir olsa, maqnitlə çəkib çıxaracağam. Əks halda gözünü xilas etmək mümkün olmayacaq. Anar həkim onu da bildirdi ki, məni işlədiyi özəl xəstəxanada əməliyyat edəcək. Razılaşdım.
R.Əliyevin gözü ağır vəziyyətdə idi. Hətta ikinci gözünü də itirmək təhlükəsi vardı. Odur ki, təcili əməliyyat olunmalı idi. Vitreoretinal cərrah Anar Rəhimovun tapşırığı ilə yaralı özəl xəstəxanaya aparılır və elə həmin gün də Anar həkim tərəfindən əməliyyat olunur.
- Anar həkimin etdiyi əməliyyat uğurlu keçdi və məni yenidən hərbi hospitala geri qaytardılar. Orada ayağımı müayinə edən cərrah dedi ki, amputasiya olunmalıdır. Sonra başqa bir cərrah - Mahir Əliyev gəldi. Yarama baxıb dedi ki, “ağırdır, amma çalışacağam ki, amputasiya olunmasın”. Mahir həkim 13 saat əməliyyat etdi və nəticədə ayağım kəsilməkdən xilas oldu. Bu gün rahatlıqla yeriyirəm.
Rəşad Əliyev gözünü Anar Rəhimovun, ayağını isə Mahir Əliyevin sayəsində itirmədiyini xüsusi vurğulayıb: “Hər ikisi də ehtiyatda olan hərbi həkimlərdir. Deyərdim ki, Azərbaycan həkimləri möhtəşəmdirlər. Bunu şəxsən öz təcrübəmə əsasən söyləyirəm. “YAŞAT” Fondundan mənə zəng etdilər ki, İsraildən həkimlər gəlib, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlin, sizi də müayinə etsinlər. Mən də getdim. İsrailli həkimlər müayinədən sonra məndən soruşdular ki, gözünü kim, harada əməliyyat edib? Dedim, Bakıda Anar Rəhimov edib. Bildirdilər ki, mükəmməl əməliyyat edib, əgər İsrailə gəlsəydin, biz də ancaq bu qədər əməliyyat edə bilərdik. Xoşbəxt ölkəsiniz ki, sizin Anar Rəhimov kimi göz cərrahınız var”.
Qeyd edək ki, dr. Anar Rəhimov və dr. Mahir Əliyev Vətən müharibəsi zamanı çox sayda yaralını əməliyyat etmiş, bu gün də hərbçilərə, qazilərə təmənnasız xidmət edən hərbi həkimlərdir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar