Meymunçiçəyi bu ölkələrə də çatdı
Baxılıb: 498 Tarix: 25-05-2022 14:17
Birləşmiş Ərəb Əmirliklərində meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.
Qanunvehedef.az ölkənin “WAM” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı BƏƏ-nin Səhiyyə Nazirliyi yayıb.
Virus Qərbi Afrikadan BƏƏ-yə gələn 29 yaşlı qadında aşkar olunub. Hazırda o, tibbi müşahidə altındadır.
Xatırladaq ki, son zamanlar həkimlər müxtəlif Avropa ölkələrində, eləcə də Amerika və Avstraliyada meymunçiçəyinə yoluxma qeydə alıb. İnfeksiyanın yayılma yolları hələ ki mütəxəssislərə aydın deyil.
Finlandiyada da meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb. Sözügedən şəxsin məhz meymunçiçəyinə yoluxması ilə bağlı yekun diaqnoz həftənin sonuna qədər qoyulacaq.
Ən çox oxunanlar
Son xəbərlər