Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanda böyrək transplantasiyası gözləyən şəxslərin sayı açıqlanıb

Baxılıb: 582     Tarix: 06-06-2022 13:21   

"Azərbaycanda bütün xəstəliklər icbari tibbi sığorta ilə əhatə olunmalıdır. Xüsusilə icbari tibbi sığorta əhali arasında böyük tələfat verən xəstəliklərin müalicəsində yönəlməlidir".
"Report"un xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O qeyd edib ki, ola bilər ki, bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maliyyə vəsaiti bütün xəstəlikləri əhatə etməyə imkan verməsin, ancaq zamanla vəsaitlər artacaq və dövlət büdcəsindən, digər mənbələrdən vəsaitlər daxil olur.
“Bu gün minlərlə insan orqan transplantasiyası gözləyir. Biz bununla bağlı qanun qəbul etdik, bu istiqamətdə işlər davam edir. 1 700-ə qədər xəstə böyrək transplantasiyası gözləyir”, - deyə Ə.Əmiraslanov əlavə edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar