Xəbər lenti
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İraqda 13 nəfərdə vəba aşkarlandı

Baxılıb: 564     Tarix: 20-06-2022 16:16   

İraqda 13 nəfərdə vəba xəstəliyi aşkar olunub.
Qanunvehedef.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin səhiyyə qurumları açıqlayıb.
Məlumata görə, yoluxma hallarının 10-u Süleymaniyyə vilayətində, 1-i Kərkükdə, 2-si isə Müsənnədə qeydə alınıb.
Daha 56 nəfərdən analiz götürülərək paytaxt Bağdadda mərkəzi laboratoriyaya göndərilib.
Ölkədə vəbadan hələ ki ölüm halı qeydə alınmayıb.
Xatırladaq ki, İraqda ən son vəba xəstəliyi 2015-ci ildə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada vəba xəstəliyinə 1,3 milyondan 4 milyona qədər yoluxma qeydə alınır ki, bu da 21 000-dən 143 000-ə qədər şəxsin ölümünə gətirib çıxarır.шаблоны для dle 11.2