Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ÜST-dən Azərbaycan vətəndaşlarına ikinci buster doza ÇAĞIRIŞI

Baxılıb: 517     Tarix: 14-07-2022 15:49   

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 peyvəndinin ikinci buster dozası ilə bağlı payız fəsli üçün tövsiyələrini verib.
ÜST-nin Azərbaycan Nümayəndəliyindən verilən məlumata görə, COVID-19 vaksinasiyası ilə bağlı cari vəziyyət, ÜST-nin Avropa regionunda xəstəliyin mövcud və proqnozlaşdırılan epidemiologiyası və "Omikron" ştammına qarşı peyvəndin effektivliyinə dair sübutlara əsaslanaraq, İmmunlaşdırma üzrə Avropa Texniki Məsləhət Qrupu (ETAGE) üzv dövlətlərə yerli vaksinasiya strategiyasına uyğun olaraq müvafiq qrupların COVID-19 peyvəndinin ilkin 2 dozası və 1-ci buster dozasının qəbul edilməsi ilə bağlı səyləri gücləndirməyi tövsiyə edir.
Bununla yanaşı, əlavə qorunmanı təmin etmək, ağır xəstələnmə, xəstəxanaya yerləşdirmə və COVID-19-dan ölüm riskini minimuma endirmək və səhiyyə xidmətlərinin davamlılığını maksimum dərəcədə artırmaq üçün ölkələr bu addımları atmalıdır:
- 5 yaşdan yuxarı orta və ağır immunçatışmazlığı olan şəxslərə və onların yaxın təmaslarına ikinci buster dozanın tətbiq edilməsi;
- yaşlılar, tibb işçiləri və hamilə qadınlar da daxil olmaqla, xüsusi risk qruplarına ikinci buster dozanın tətbiq edilməsi;
- mümkün olan hallarda COVID-19 və mövsümi qripə qarşı peyvəndlərin birgə tətbiqinin nəzərdən keçirilməsi.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi COVID-19 vaksinasiyasına dair ən son tövsiyələri yerli səhiyyə tərəfdaşları ilə bölüşüb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar