Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İrəvandan şok etiraf: Tovuzu işğal etmək istəyiblər... - Video

Baxılıb: 741     Tarix: 20-07-2020 14:12   

Ermənistan silahlı qüvvələri hər zaman neft kəmərlərini vurmaq üçün texniki imkana sahib olublar, amma onun heç vaxt bunu gerçəkləşdirmək arzusu olmayıb.
Qanunvehedef.az xəbər verir ki, bunu dünən Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan Tovuz təxribatının Azərbaycanın Avropaya yönələn neft və qaz-kəmərlərinə təhdid yaratdığı ilə bağlı məsələni şərh edərkən deyib. Ovannisyan çıxışı zamanı özünü guya sülhpərvər kimi təqdim etməyə cəhd edib, amma sonda aşkar şəkildə İrəvanın Tovuzla bağlı planını ortaya qoyub:
“Biz deyirik ki, bu regiondan keçən neft-qaz kəmərləri beynəlxalq şirkətlərə məxsusdur. Qoy, beynəlxalq şirkətlər əmin olsunlar ki, Ermənistan Respublikası istehlakçı təhlükəsizliyinə qarant verir. Ermənistan Respublikası onların təhlükəsizliyini regionda olan hər kəsdən daha yaxşı təmin edə bilər”.
Başqa bir sualı cavablandıran Ovannisyan bundan öncəki sözlərini daha aydın formada təkrarlayıb:
“Əgər onlar bizim nəzarətimizə keçsə, Ermənistan onun təhlükəsizliyinə hər kəsdən daha yaxşı zəmanət verəcək”.
Göründüyü kimi, ermənilər beynəlxalq kəmərləri ələ keçirmək arzularını gizlətməyiblər.
Qeyd edək ki, Ermənistanın növbəti işğal arzusunu Azərbaycan Ordusu qısa müddətdə darmadağın etdi.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar