Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tovuzda 16 iyulda atəşkəsə nail olduq - Lavrov

Baxılıb: 795     Tarix: 21-08-2020 10:11   

Qeyd edək ki, 12 iyulda ermənilərin Azərbaycanın Tovuz istiqamətidə dövlət sərhədində hərbi təxribatı baş vermişdi.
Rusiya Minsk Qrupundakı tərəfdaşlarıyla Dağlıq Qarabağın münaqişəsinin həlli üçün danışıqların tezliklə yenilənməsi üzərində çalışır.
Qanunvehedef.az xəbər verir ki, bunu “Trud” qəzetinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. O, Tovuz təxribatını 1994-cü il atəşkəs razılaşmasının “ikinci dəfə genişmiqyaslı pozulması” adlandırıb.
Lavrov son 26 ildə ilk dəfə yüksəkintensivli hərbi toqquşmaların Qarabağdakı təmas xəttində yox, Ermənistan-Azərbaycan dövlət sərhədində baş verdiyini bildirib.
Rusiya XİN rəhbəri konflikti kompleks səbəblərin yaratdığını deyib:
“Erməni tərəfinin Azərbaycan ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə nəzarət məntəqəsini bərpa etmək qərarı birilərində narahatlığın artmasına, digərlərinin əsassız cavab reaksiyasına səbəb oldu və nəticədə ən qeyri-müəyyən nəticələriylə qarşıdurma çarxı işə salındı”.
Lavrov Rusiya Xarici İşlər Nazirliyinin konfliktin həlli üçün aktiv vasitəçilik səyləri göstərdiyini söyləyib. O, rusiyalı həmsədr İqor Popovun bütün bu dövr ərzində iki ölkənin xarici işlər nazirləri ilə birbaşa əlaqədə olduğunu vurğulayıb.
Lavrov məhz Rusiyanın aktiv vasitəçiliyi sayəsində 16 iyulda atəşkəsin əldə edildiyini bildirib



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar