Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Hacıyevlə Altun erməniləri təşvişə saldı: Hibrid müharibə!

Baxılıb: 664     Tarix: 10-09-2020 14:48   

Azərbaycan-Türkiyə vahid media platforması erməniləri təşvişə salıb. Onlar buna adekvat olaraq qondarma rejimlə işğalçı Ermənistanın diaspor fəaliyyətlərini “birləşdirmək” haqqında müzakirələrə başlayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə təklifi “Henaket” düşüncə mərkəzinin rəhbəri Tiqran Abrahamyan verib. Onun fikrincə, əgər yenidən Azərbaycan-Ermənistan sərhədində toqquşma baş verərsə, Ankara və Bakı Ermənistana qarşı birgə mübarizə aparacaq:
“Hətta Türkiyə sərhəddəki toqquşmalarda superaktiv şəkildə iştirak edə bilər. O zaman vahid media platforması bu işə haqq qazandırmağa çalışacaq. Bu isə bizim üçün asan olmayacaq, iki cəbhədə müharibə aparmağa məcbur qalacağıq”.
“Henaket”in rəhbəri onu da vurğulayıb ki, Türkiyə və Azərbaycanın media nümayəndələri, eyni zamanda, dünya ictimaiyyətinə cəbhə xəttindən qaynar xəbərlər çatdırmağa çalışacaq:
“Azərbaycan və Türkiyənin vahid media platforması dünya ictimaiyyətinin şüuraltına təsir etməyə çalışacaq. Bu isə “erməni həqiqətlərini” arxa plana ata bilər. Yəni, ola bilər ki, Türkiyə ordusu ilə yanaşı, Türkiyə mediası da səfərbər olsun. Bu isə hibrid müharibə deməkdir. Ona görə də öz səylərimizi gücləndirməliyik”.
Qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyev Türkiyə səfəri çərçivəsində Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb və görüşdə ortaq media platformasının yaradılması üçün razılıq əldə olunub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar