Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Latviyalı deputat Azərbaycana dəstək verdi: "Ərazi bütövlüyü toxunulmazdır"

Baxılıb: 630     Tarix: 30-09-2020 09:45   

"BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı 4 qətnamə qəbul edib. Beynəlxalq hüquq normalarına əsasən, digər dövlətlər kimi Azərbaycanın da ərazi bütövlüyü toxunulmazdır".
Bunu "Report"un Avropa bürosuna açıqlamasında Latviya Seyminin (parlament) deputatı Artuss Kayminş (Artuss Kaiminš) bildirib.
"Latviya daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və onun ərazisində hər hansı bir qurumu ikinci dövlət kimi tanımayıb", - deputat deyib.
A.Kayminş qeyd edib ki, Sovet İttifaqının dağılmasından 30 ilə qədər vaxt keçməsinə baxmayaraq hələ də, ondan miras qalan münaqişələr yaşanmaqdadır: "Dağlıq Qarabağ münaqişəsi də bu acı miraslardandır".
O bilridib ki, bu kimi münaqişələrin həllində uzun illərdir status-kvonun saxlanılması region üçün münaqişə təhdidi yaradır və arzuolunmaz haldır:
"Təəssüf ki, bu məsələ 30 ildən sonra sülh yolu ilə deyil, silah gücünə həll olur. Biz tezliklə bütün dünyada, o cümlədən də regionda sülhün bərqərar olunmasını istəyirik. XXI əsrdə mülki insanların münaqişələrdə həlak olması çox arzuolunmaz haldır", - latviyalı deputat vurğulayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2