Xəbər lenti
12/05/2025 [10:15]
PKK özünü ləğv etdi
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Müharibə gedir, Nikol oteldə onu axtarır – Erməni KİV

Baxılıb: 690     Tarix: 08-10-2020 11:31   

Ermənistan ictimaiyyəti Qarabağ cəbhəsindəki məğlubiyyətlərin əsas səbəbkarı kimi Nikol Paşinyan və onun kabinet üzvlərini görür. İctimai müzakirələrdə Paşinyanla yanaşı, onun müavinlərinə qarşı da təhqir məzmunlu ifadələr işlədilir.
Qanunvehedef.az Ermənistan mediasına istinadla xəbər verir ki, müharibə getdiyi bir vaxtda Nikolun “sağ əli” hesab edilən müavini Tiqran Avinyanın məzuniyyətə çıxıb, oteldə dincəlməsi haqda məlumat yayılıb.
Bildirilir ki, Paşinyan xalqın təzyiqlərinə görə Avinyanın qaldığı “Armenia” otelinə gedib və müəyyən danışıqlardan sonra öz müavinini Qarabağa göndərə bilib.
Paşinyanın öz müavininin ayağına getməsinə diqqət çəkən işğalçı ölkənin mediası onu da vurğulayır ki, baş naziri hətta öz kabinet üzvləri də saymırlar.
“Zoxovord” nəşri yazır ki, cəbhədən qayıtdıqdan sonra Paşinyana məruzə etmək istəyən Tiqran Avinyan baş nazirin qəbul qrafikinin sıx olduğunu görüb səs-küy salıb.
Erməni jurnalist Ani Saakyan müharibə dövründə məmur intizamı göstərməyən Paşinyanın komandasını “təcrübəsizlər və yaramazlar” adlandırıb.
“Müharibə gedir, Avinyanı isə hələ də dünya naz-neməti maraqlandırır. Paşinyan isə ayılmayıb”, - jurnalist bildirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar