Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Putinin atəşkəs çağırışının pərdəarxası məqamları... - Şərh

Baxılıb: 726     Tarix: 09-10-2020 11:20   

Erməni əsgərlərinin meyitlərinin İrəvana getməsi növbəti etiraz dalğasının başlanmasına səbəb olacaq.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy Putinin əsirlərin və həlak olanların meyitlərinin dəyişdirilməsi üçün Qarabağda atəşkəs çağırışını şərh edərkən qeyd edib. O vurğulayıb ki, Ermənistan Baş naziri Nikol Paşinyan ölkə mətbuatında müharibə barədə maksimum senzura tətbiq edib:
“Paşinyan Rusiya Prezidenti Vladimir Putindən ölənlər və əsirlər üçün texniki atəşkəs yaratmasını xahiş edib. Cəbhədəki ağır vəziyyət fonunda atəşkəs cəhdlərinin uğursuz olması Paşinyanı fərqli istiqamətdə düşünməyə və hiylələr qurmağa sövq edir. Onu da qeyd edim ki, əvvəllər ancaq “dağıdırıq”, “məhv edirik” mesajları verən Ermənistan rəsmiləri artıq müharibənin ağır fəsadları haqqında danışmağa başlayıblar.
Rusiya isə həm son günlər proseslərdə kölgədə qalmadığını göstərmək, həm də Ermənistana qarşı çevriliş planı və Azərbaycana mesaj üçün öz siyasi aktivliyini artırır. Düşünürəm, texniki atəşkəs çağırışı Ermənistan Milli Təhlükəsizlik Xidməti rəhbərinin istefaya göndərilməsinə cavab olaraq Putinin müsbət mesajıdır.
Mahiyyət etibarilə bu, ancaq növbəti siyasi gedişə hazırlıqdır. Belə ki, döyüşlərdə ölən erməni əsgərlərinin meyitləri İrəvana aparılsa, bu, əsgər valideynləri və müxalifətin ciddi qəzəbinə səbəb olacaq. Belə bir anda Azərbaycan Prezidenti işğal edilmiş torpaqların azad olması ilə bağlı tvitlər, bayraq asma videoları paylaşsa, bu, faktiki olaraq Paşinyanın sonunu gətirəcək”.шаблоны для dle 11.2



Ən çox oxunanlar