Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

28 ildə 3 atəşkəs: ermənilərin “sədaqətinə” baxın - Foto

Baxılıb: 650     Tarix: 12-10-2020 12:21   

Ermənistanın atəşkəs razılaşmalarına necə “sədaqət” nümayiş etdirdiyini biz yaxın 30 illik tariximizdən bilirik.
Qanunvehedef.az bununla bağlı 3 tarixi və 3 fotonu təqdim edir.
Birinci foto 1992-ci il 21 fevralda çəkilib. Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə həmin gün atəşkəs razılaşması imzalandı.
5 gün sonra - 1992-ci il fevralın 26-sında Xocalı soyqırımı törədildi.


İkinci fakt 1992-ci il 7 maya aiddir. Həmin gün Tehranda İran Prezidenti Əli Əkbər Haşimi Rəfsəncani, Azərbaycanda prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov və Ermənistan Prezidenti Levon Ter-Petrosyan atəşkəs imzaladı.
Bir gün sonra – mayın 8-i Şuşa işğal edildi.


Nəhayət, sonuncu fakt və foto 2020-ci il oktyabrın 10-una aiddir. Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə humanitar atəşkəslə bağlı razılığa gəlindi.
Həmin günün gecə saatlarında ermənilər Gəncəyə raket zərbələri endirdi və 9 dinc sakinin ölümü, 34 nəfərin ağır yaralanması ilə nəticələnən terakt törətdi.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar