Xəbər lenti
12/05/2025 [10:15]
PKK özünü ləğv etdi
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bayramov pakistanlı həmkarı ilə danışdı - Qarabağ müzakirəsi

Baxılıb: 583     Tarix: 20-10-2020 11:27   

20 oktyabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Pakistanın Xarici İşlər naziri Mahdum Şah Mahmud Qureşi ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər bölgədə hazırkı vəziyyəti müzakirə ediblər.
Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki şəxsləri və yaşayış məntəqələrinin atəşə tutulması daxil olmaqla, humanitar atəşkəsin pozulması barədə pakistanlı həmkarına məlumat verdi. Nazir ciddi mülki tələfatına səbəb olan Gəncə şəhərinə raket hücumunun müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu və bu cinayətlərə görə Ermənistan rəhbərliyinin tam məsuliyyət daşıdığını vurğulayıb.
Nazir qardaş ölkə olan Pakistanın Azərbaycanın ədalətli mövqeyinə qəti dəstək ifadə etdiyini üçün yüksək minnətdarlığını ifadə etdi.
Nazir Mahdum Şah Mahmud Qureşi Pakistan xalqının hər zaman qardaş Azərbaycan xalqının yanında olduğunu və onun özünü müdafiə hüququnu dəstəklədiyini vurğuladı. O, Pakistanın münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü əsasında və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll olunmasının tərəfdarı olduğunu vurğuladı. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar