Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Artsrun özünü təkzib etdi: Xudafərin yox, Qubadlı...

Baxılıb: 609     Tarix: 21-10-2020 11:36   
Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan yaydığı informasiyaların bir qisminin yalan olmasını etiraf edib.
Qanunvehedef.az xəbər verir ki, Ovannisyan guya Xüdafərin körpüsü istiqamətində Ermənistan ordusunun genişmiqyaslı hücuma keçərək, Azərbaycan Ordusunu geri çəkilməyə məcbur etdiyinə, eləcə də Azərbaycan üçün guya Zəngilanda cəhənnəmin başladığına dair dünənki paylaşımlarını bu gün jurnalistlərə açıqlamasında təkzib edib. O, Azərbaycan Ordusu üçün “cəhənnəm” dedikdə Xüdafərini yox, Qubadlının Xanlıq kəndini nəzərdə tutduğunu deyib.
Ovannisyanın başqa saxta xəbərinin isə “Bayraqdar”la bağlı olduğu ortaya çıxıb. Belə ki, Ovannisyan guya Azərbaycanın 10-dan çox “Bayraqdar”ını vurduğunu söyləyib.
İndiyə qədər ermənilərin “Bayraqdar”ı vurmasıyla bağlı heç bir informasiya yoxdur. Bununla bərabər açıq mənbələrdə Azərbaycan ordusunun inventarında 6 ədəd “Bayraqdar”ın olması ilə bağlı məlumat mövcuddur.шаблоны для dle 11.2