Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İrəvanın cinayəti tam təsbit olundu - Hacıyev

Baxılıb: 874     Tarix: 30-10-2020 14:41   

Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlər tam təsbitini tapıb.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaq yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə, Bərdə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair keçirilən brifinq zamanı deyib.
Onun sözlərinə görə, erməni tərəfinin mədəni irsin qəsdən məhv edilməsi, qanunsuz məskunlaşma siyasəti beynəlxalq humanitar hüquqa ziddir. Bu qeyri-qanuni əməllər müharibə cinayəti kimi təsnif edilməlidir:
“Həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki mineral yataqların tükədilməsi və üçüncü tərəfə satılması Ermənistanın həyata keçirdiyi digər bir cinayətdir.
İnfrastrukturun dəyişdirilməsi, işğal olunmu ərazilərdə turizm obyektlərinin tikilməsi və fəaliyyəti də beynəlxalq hüquqa ziddir. Bütün bu qanunsuz əməlləri törədən hüquqi və fiziki şəxslər məsuliyyətə cəlb olunmalıdır.
Beynəlxalq İnsan Haqları Məhkəməsi və bu kimi digər beynəlxalq məhkəmələrə müraciət edib Ermənistanın siyasi rəhbərliyinin bu qeyri-qanuni əməllərinə görə məsuliyyətə cəlb olunmasını istəmişik.
Baş Prokurorluq faktları araşdırır və hər fakt üçün ayrıca cinayət işi açılır”.шаблоны для dle 11.2



buy yes2win seo ranking