Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Rusiya nəşri: Paşinyan özünə görə Ermənistanı qurban verər

Baxılıb: 966     Tarix: 03-11-2020 11:41   

"Sonuncu əsgərə qədər müharibə" - Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasını bu şüarla ifadə edir.
Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” nəşrinin məqaləsində deyilir.
Qeyd olunur ki, N.Paşinyanın Azərbaycanın hərbi üstünlüyü şəraitində bu cür müqavimət taktikasını başa düşmək çətindir. Yəqin ki, erməni nazir ABŞ-da lobbiçilər tərəfindən separatçılara dəstək əldə etmək üçün vaxt udmaq istəyir. Amma indi orada prezident seçkiləri kampaniyası həlledici mərhələsindədir, ona görə İrəvana ABŞ-dakı erməni diasporunda tammiqyaslı kömək gözləməyə dəyməz.
Bu gün N.Paşinyan seçim qarşısındadır: Qarabağın müddətsiz işğalı və ya işğalın bitirilməsi ilə bağlı danışıqlara başlamaq və bununla da insan ölümünün qarşısını almaq. Belə görünür ki, baş nazir birinci variantı seçir, çünki Qarabağ cəbhəsində hadisələrin dinamik inkişafı, siyasi liderlərin və klanların özünməxsus eyforiyası qonşularla sülh məsələsini arxa plana keçirib.
Amma bu yolla da Ermənistan rəhbərliyi Qarabağ böhranının Ermənistanın özündə kəskin sosial problemlərə səbəb olacaq şərait yaradır. Yaxın gələcəkdə dövlət strukturlarının yarana biləcək böhranı humanitar tənəzzülə çevrilə bilər.
Nəticədə İrəvan beynəlxalq təcridə düşə bilər, çünki öz xalqını etno-ərazi mafioz strukturlara qurban verməklə Ermənistan rəhbərliyi həm yaxın tərəfdaşlarını, həm də çoxmilyonlu diaspor nümayəndələrini itirməklə qarşı-qarşıyadır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar