Artıq İrəvana bəllidir ki, Tehran bununla razılaşmır - İranlı ekspert
Baxılıb: 650 Tarix: 05-11-2020 11:03
İranın Ali lideri Ayətulla Seyid Əli Xameneinin Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi ilə əlaqədar son bəyanatı İslam Respublikasının mövqeyini bir daha nümayiş etdirdi.
Qanunvehedef.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında iranlı siyasi ekspert Mirzə Rəsul İsmayılzadə deyib.
M.R.İsmayılzadənin sözlərinə görə, İran heç vaxt işğalçılıqla barışmayıb və buna görə də, Ali lider İranın dəyişilməz mövqeyini bir daha vurğuladı:
“Fikrimcə, İranın Ali liderinin Azərbaycanın bütün işğal olunmuş ərazilərinin azad edilməsini və Azərbaycana qaytarılmasını qeyd etməsinin həm ölkə daxilinə, həm regiona, həm də dünyaya mesajı var.
İran daxilində Kütləvi İnformasiya Vasitələri Tehranın bu haqlı mövqeyini dəstəkləməlidirlər. İranda bütün şəxslər, ekspertlər artıq Ali liderin mövqeyini tam şəffaf şəkildə bilirlər”.
İsmayılzadə əlavə edib ki, artıq region ölkələrinə, əsasən də Ermənistana bəllidir ki, İran işğalçılığın davam etməsi ilə razılaşmır. İran ilk növbədə işğalçılığa sülh yolu ilə son qoyulması və müzakirə ilə həll olunmasının tərəfdarıdır. Lakin hər halda Azərbaycanın haqqıdır ki, öz ərazilərini işğaldan azad etsin:
“İran Azərbaycanı bu məsələdə haqlı hesab edir, Azərbaycanın ərazi bütövlüyündə təkid edir. Eyni zamanda digər qonşu ölkə - Ermənistan da bu işğalçılığı son qoymağı anlamalıdır.
Çünki Ermənistan SSRİ dövrünün sonlarından bölgədə radikal qrupları və separatizmi dəstəkləyərək Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal edib. Bu işğalçılığı BMT də qınayıb. Ermənistan regionda daimi sülh, təhlükəsizlik və davamlı inkişafın yaranmasını istəyirsə, işğalçılığa son qoymalıdır”.
Eskpertin sözlərinə görə, İranın Ali liderinin dünyaya mesajı budur ki, İran işğalçılıqla əsla barışmır və barışmayacaq.
Ən çox oxunanlar
Son xəbərlər