Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan Ordusu yeni mərhələyə başladı - Korotçenko

Baxılıb: 777     Tarix: 05-11-2020 12:27   

Qarabağ Azərbaycandır və bu, müzakirə oluna bilməz. Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa ediləcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Xüsusi buraxılış” verilişinin efirində bildirib.
“Rusiyada fəaliyyət göstərən erməni ictimai təşkilatları tərəfindən Ermənistana heç bir yardım çağırılmamalıdır. Bu təşkilatlar rusları Dağlıq Qarabağda Ermənistanın tərəfində vuruşmağa çağırırlar, bu isə yolverilməzdir və bu kimi çağırışlar Rusiya qanunları tərəfindən cəzalandırılır. Analoji çağırışların qarşısı dərhal alınmalıdır”, - ekspert qeyd edib.
İ.Korotçenkonun sözlərinə görə, Dağlıq Qarabağın erməni işğalından azad edilməsi üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat yeni mərhələyə keçib:
“Döyüş əməliyyatları artıq dağ şəraitində aparılır. Azərbaycanın hərbi komandanlığı səliqəli və eyni zamanda savadlı fəaliyyət göstərir. Beləliklə, işlərin gedişatı elə olmalıdır ki, ya erməni silahlı birləşmələri bütün Azərbaycan ərazilərini tərk edəcək, ya da hərbi əməliyyatlar zamanı orada məhv ediləcəklər. Alternativ belədir”.шаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking