Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Xamenei həqiqəti dedi, amma yanacağı İran verir - Deputat

Baxılıb: 1 047     Tarix: 06-11-2020 13:00   

Bir neçə gün əvvəlk İranın Ali lideri Xamenei bəyanat verdi. Azərbaycan torpaqlarından işğalçı ordunun çıxması və ərazi bütövlüyünün vacibliyinin qeyd edilməsi sözsüz ki, alqışlanmalıdır. Ancaq unutmayaq ki, bu beynəlxalq hüququn tələbidir. Çünki Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasının vacibliyi BMT daxil olmaqla, onlarla beynəlxalq təşkilatın qərarında var.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri deputat Bəhruz Məhərrəmov parlamentdə çıxışı zamanı deyib.
Deputat təəssüflə qeyd edib ki, bu gün Ermənistan yanacağı İran vasitəsilə əldə edir:
“Əlbəttə, iki dövlət arasında əməkdaşlıq onların suveren hüququdur. Amma bu tərəflərindən biri təcavüzkardırsa, bu haqda düşünmək lazımdır”.
B.Məhərrəmov xatırladıb ki, İranın Ali rəhbərinin bəyanatında terrorçular haqqındaa da ifadə öz əksini tapıb:
“Ümid edirəm ki, terrorçuluqla bağlı məqam ortaya gətirilərkən daha çox İran vasitəsilə Ermənistana keçən PKK və digər terrorçular nəzərdə tutulur”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
buy yes2win seo ranking
Redaktor seçimi
Çox oxunanlar