Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Rusiya sülhməramlıları ilə bağlı ən vacib məqam - Aleksey Makarkin

Baxılıb: 682     Tarix: 11-11-2020 14:36   

Rusiyalı tanınmış politoloq, Siyasi Texnologiyalar Mərkəzinin direktor müavini Aleksey Makarkin Qarabağ razılaşması barədə sənədlə bağlı fikirlərini bildirib.
Qanunvehedef.az-ın məlumatına görə, Aleksey Makarkin bildirib ki, bu sənədlə Ermənistan Qarabağı tamamilə itirib.
O, bunu da qeyd edib ki, Ermənistanın yeganə təsəllisi yerli ermənilərin Qarabağda yaşamaq şansı və kooridorla Ermənistana getmək imkanıdır. Rusiyalı politoloqun sözlərinə görə, hazırkı vəziyyətdə İlham Əliyev qalib və milli qəhrəmandır.
Makarkin Türkiyənin sülhməramlı ştabda yer almasını bu ölkənin Cənubi Qafqazdakı təsir gücünə malik olması ilə izah edib. Politoloq Rusiyanı ermənilərin varlığı üçün yeganı qarant adlandırıb. Eyni zamanda, Ermənistanın sülhə getməkdən başqa alternativinin olmadığını da qeyd edib: "Suriyanın təcrübəsində də göründü ki, sən könüllü dəstələrlə nizamsız birləşmələrə qarşı döyüşə bilərsən, amma raket və pilotsuz təyyarələrə malik müasir ordu önündə gücsüzsən".
Politoloq Şuşanın alınmasının da müharibədə həlledici olduğunu bildirib:
"Sülhməramlılarla bağlı diqqətimi çəkən çox vacib məqamı da qeyd edim. Azərbaycan 5 il başa çatandan sonra birtərəfli qaydada sülhməramlıların fəaliyyətindən imtina edə bilər və müqavilədə ona bu hüququ verən bənd var. Hansı ki, Dnestryanı, Abxaziya və Cənubi Osetiya ilə bağlı imzalanan müqavilələrdə belə bir bənd mövcud olmayıb"./Milli.Azшаблоны для dle 11.2



Ən çox oxunanlar