Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

UNEC-də Qarabağın azad edilməsinin Türk Dünyasına iqtisadi təsiri müzakirə olunacaq

Baxılıb: 865     Tarix: 19-11-2020 14:17   

UNEC-də Qarabağ müzakirələri çərçivəsində növbəti tədbir keçiriləcək. Budəfəki müzakirələr “Qarabağın azad edilməsinin Türk Dünyasına iqtisadi təsiri”nə həsr olunacaq.
UNEC-in rektoru, professor Ədalət Muradovun moderatorluğu ilə keçiriləcək müzakirələrdə İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, millət vəkili Ramil Həsən, Türkiyənin Sakarya Universiteti Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Prof. Dr. Haluk Selvi və UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri dos.Oqtay Quliyev təqdimatlarla çıxış edəcəklər.
Tədbir 20 noyabr saat 11:00-da UNEC-in rəsmi Facebook səhifəsindən və YouTube (UNEC official) kanalından canlı yayımlanacaq.
Tədbirdə izləyicilərin mövzu ilə bağlı sualları da cavablandırılacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar