Putinin mesajı: üç rayon təhvil verilir, sonra isə... - Şərh
Baxılıb: 633 Tarix: 20-11-2020 13:35
Rusiya Prezidenti Vladimir Putinin “razılaşmaya əməl etməməsi Ermənistanın intiharı olar” bəyanatı artıq öz nəticəsini verir: Kəlbəcərdən nəzərdə tutulan vaxtda çıxmayan, bəhanə gətirən ermənilər Ağdamı qrafik üzrə tərk etdilər.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələrinin noyabrın 20-də Ağdama daxil olması haqda danışarkən deyib.
“Qarşıdakı 11 gündə hər hansı fövqəladə hadisə, o cümlədən Ermənistanda çevriliş baş verməzsə, hər şey nəzərdə tutulan qrafik üzrə gedərsə, yaxın gələcəkdə bölgədə Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığında yeni səhifə açılacaq və qonşu İran da fəal şəkildə bu prosesə cəlb ediləcək.
Bölgənin təhlükəsizliyinə əsas problem olan Ermənistanda məğlub Paşinyan hökumətinin yerinə isə böyük ehtimalla Azərbaycanla əldə olunan razılaşmanı qəbul edəcək, həm Rusiya, həm də Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olacaq şəxs hakimiyyətə gətiriləcək”, - o bildirib.
Ən çox oxunanlar
Son xəbərlər